Energetika naziri Pərviz Şahbazov Gürcüstana səfər edib.
“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, nazir və rəhbərlik etdiyi nümayəndə heyəti mayın 15-də Tbilisi şəhərində keçiriləcək “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə dörd ölkə nazirlərinin 7-ci iclasında iştirak edəcək.
Görüşdə Sazişin icrasının sürətləndirilməsi məqsədilə qarşıda duran vəzifələr müzakirə ediləcək.